Yeddilər qrupunun başçıları İranla müzakirə barədə razılığa gəliblər
Fransa prezidenti gərginliyi aradan qaldırmaq və müzakirə qapısını açmaq məqsədilə yeddilər qrupu başçılarının razılığa gəlmələrinə toxunaraq, əlavə edib: Bütün ölkələr İranla qarşıdurmanın yaranmasından çəkinilməsini istəyirlər.
Emmanuel Makron bu gün bir telekanal ilə müsahibədə deyib ki, yeddilər qrupunun bütün üzvləri İranla toqquşmadan çəkinilməsini istəyirlər. Əlbəttə, o, iddia edib ki, ABŞ prezidenti Donald Tramp da son dərəcə şəffaf şəkildə bu mövqeyə təkid edibdir.
Fransa prezidenti bu müsahibədə bildirib: Biz "İrana nə deyək?" barədə razılığa çatmışıq. Məqsədimiz, yeddilər qrupunun mesajını İrana göndərməkdir.
Makron əlavə edib: Biz məncə, böyük dəyəri olan bir sənəd üzərində razılığa çatmışıq və qərara almışıq real bir əzmkarlıq göstərək ki, mövqelərin azacıq dinc mahiyyətli olmasına icazə vermiş olsun.
İran məsələsi, xüsusən nüvə anlaşması şənbə günü Fransanın sahil Biarrits şəhərində başlanmış yeddilər qrupu sammitinin mehvərlərindən biridir.
Fransa yeddilər qrupunun dövri sədri kimi zahirən nüvə anlaşmasının qorunması üçün yerdə qalan sonuncu fürsətərdən istifadə etmək niyyətindədir.