Sen 19, 2019 13:15 Asia/Baku
  • Amerikalı senator Pompeoya xəbərdarlıq edib
    Amerikalı senator Pompeoya xəbərdarlıq edib

Amerikalı senator ABŞ-ın dövlət katibinə xəbərdarlıq edib ki, bu ölkənin xalqı Ağ Ev-in Qərbi Asiyadakı militarist hərəkətlərinə qatılmamalıdır.

Berni Senders Mayk Pompeoya xitabən deyib: Ərəbistanın neft təsisatlarına hücum Amerikaya hücum deyil. Əgər müharibə istəyirsinizsə, bu məsələni konqresdə irəli sürün.

Senders Mayk Pompeoya xitabən vurğulayıb ki, Amerika dövlət katibinin tapşırığı müharibə qızışdırmaq deyil və ona heç vaxt bu işi görmək icazəsi verilməyəcəkdir. Onun vəzifəsi, qarşıdurmanın həlli üçün diplomatiyadan istifadədir.

Mayk Pompeo dünən gecə ərəbistanın Ciddə şəhərində heç bir sənəd təqdim etmədən İrana qarşı əsassız iddiaları təkrar edərək, iddia etdi ki, ərəbistanın təsisatlarına hücum Yəməndən deyil, İrandan olubdur.

Bu əsassız iddia və ittihamlar elə bir halda irəli sürülür ki, Yəmənin xalq qüvvələri ərəbistanın neft təsisatlarına hücumun məsuliyyətini öz üzərlərinə götürüblər.

 

Teqlər