Vaşinqtonda atışma; bir ölü, səkkiz yaralı
Amerika polisi bildirib ki, Vaşinqtonda baş vermiş iki atışmada azı bir nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.
Birinci hadisədə silahlı şəxslər dünən gecə Ağ Ev-in üç kilometrliyində yerləşən "Kolumbiya Hits" məhəlləsində atəş açmağa başlayıblar. Nəticədə bir nəfər ölüb, beş nəfər də yaralanıbdır.
Polisin bildirdiyinə görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
İkinci hadisə təqribən yarım saat sonra və bir neçə küçə oyanlıq baş verib və azı üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Amerika poliisi deyir ki, bu iki atışmanın bir-birilə əlaqəli olub-olmaması məlum deyildir. Amma bu barədə təhqiqatlar davam edir və hələ bu hadisələrlə bağlı heç bir şübhəli tutulmayıbdır.
Hər il Amerikanın müxtəlif nöqtələrində atışma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır. Silahlı zorakılıqlar Amerika ictimaiyyətinin ən mühüm problemlərindən biridir və silah gəzdirmək azadlığı qanunu onun əsas amili sayılır.