Sen 20, 2019 18:13 Asia/Baku
  • ABŞ-ın Qərbi Asiyada gərginlik yaratmasına Rusiyanın münasibəti

Rusiya xarici işlər nazirliyinin sözçüsü ABŞ-ın Qərbi Asiyada gərginlik yaratmaq üzrə hərəkətlərini tənqid edib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün Amerika hökumətinin Fars Körfəzində dəniz koalisiyası yaratmaq üzrə addımını tənqid edərək, deyib ki, bu koalisiya bu bölgəyə sabitlik gətirməyəcək.

ABŞ dövlət katibi Mayk Pompeo dünən iddia etmişdi ki, Vaşinqton regionda dinc həll yolu və koalisiya yaratmaq istəyir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün ABŞ-ın Qərbi Asiyada koalisiya yaratmaq üzrə planını tənqid edərək, dinc danışıqlar üzrə həll yolu üçün Tehranın beynəlxalq və regional səviyyələrdə diplomatik təşəbbüslərini sadaladı.

Amerika son həftələr Fars Körfəzi və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmini adlandırılan məsələyə görə, müxtəlif ölkələrlə kolisiya yaratmağa çalışıbdır, amma hətta Ağ Ev-in avropalı müttəfiqləri belə, bu planı rəğbətlə qarşılamadılar.

Teqlər