Qalmaqallı Tramp-Zelenski telefon söhbətinin mətni yayılıb
Ağ Ev konqres nümayəndələrinin və mediaların kəskin təzyiqləri altında Amerika və Ukrayna prezidentlərinin hay-küylərə səbəb olan telefon söhbətinin mətnini yayıb.
Təsnifatdan çıxarılaraq, Ağ Ev-in informasiya saytında yerləşdirilən mətnə əsasən, bu telefon danışığında Amerika prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən istəyibdir ki, 2020-ci il prezident seçkilərində ehtimal üzrə onun rəqibi olacaq ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin oğlunun işinə bir nəzər salsın.
Zelenski də cavabında onun partiyasının parlamentdə əksəriyyəti əldə etməsinə və növbəti baş prokurorun onun tərəfindən seçiləcəyinə işarə edərək, Trampın istəyini müsbət cavablandırıb.
Onun ardınca ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi çərşənbə axşamı günü Trampın impiçmentinin rəsmi şəkildə araşdırılmasının başlandığını bildirdi.
Pelosi onu da bildirdi ki, bu ölkə prezidentinin Ukrayna prezidenti ilə telefon söhbətinin xülasəsini təsdiq edir. Qeyd etdi ki, Donald Trampın davranışı Amerika seçkilərinin sağlamlığını və milli təhlükəsizliyi zəiflədir.