Vulkan püskürməsinə görə, Meksikada həyəcan vəziyyəti elan olunub
Meksika hökuməti vulkanik dağın püskürməsindən sonra bu ölkədə həyəcan vəziyyəti elan edib.
Meksikanın cənubundakı Morelos əyalətində yerləşən “Popokatepetl” adlı vulkanik dağ püskürüb və paytaxt Mexiko-Siti şəhərinin yetmiş kilometrliyində yerləşən bu dağın zirvəsindən iki kilometr hündürlüyündə tüstü və kül qalxır.
Bu vulkanik dağın püskürməsindən sonra Meksika Milli Fövqəladə Hallar Mərkəzi həyəcan vəziyyəti elan edib və Mexiko-Siti şəhərinin hava limanı uçuşlarının ləğvi məsələsi də irəli sürülübdür.
“Popokatepetl” vulkanının püskürməsi sonrakı kiçik yeraltı təkanlarla Rixter şkalası ilə təqribən 2,5 bal gücündə olubdur.
5426 metr hündürlüyə malik olan “Popokatepetl” adlı vulkanik dağ 2005-ci ildən 2014-cü ilədək ardıcıl olaraq fəal olubdur.