Okt 19, 2019 13:59 Asia/Baku
  • Barselona nümayişində 207 təhlükəsizlik məmuru yaralanıb

İspaniya daxili işlər nazirliyinin başçısı bildirib ki, Barselonada Kataloniyanın istiqlaliyyəti tərəfdarlarının aksiyası çoxlu sayda insanın və təhlükəsizlik məmurunun yaralanmasına bais olubdur.

İspaniya daxili işlər nazirliyinin başçısı Fernando Qrande əlavə edib: Kataloniya bölgəsinin ən əsas şəhəri olan Barselona şəhərindəki aksiyada 207 təhlükəsizlik məmuru yaralanıb. Onlardan biri başına dəymiş möhkəm zərbəyə görə, ağır durumdadır.

İspaniya daxili işlər nazirliyi həmçinin bildirib ki, bu etirazlar zamanı indiyədək 128 nəfər həbs olunub. Onların doqquz nəfəri təcridxanaya göndərilib.

Bu şəhərin təcili yardım sistemi də bildiribdir ki, əhali arasından 41 nəfərin tibbi yardıma ehtiyacı olub. Vəziyyətinin pisləşdiyinə görə onların on nəfəri səhiyyə mərkəzlərinə köçürülüb.

Bu aksiya İspaniya ali məhkəməsinin Kataloniya separatçılarının liderlərindən doqquz nəfər üçün 9 ildən 13 ilədək iş kəsməsindən sonra başlanıbdır.

Bu şəxslər 2017-ci il oktyabrın birində qanunsuz referendum keçirmək səbəbindən məhkum ediliblər.

 

 

Teqlər