Rusiya Amerikanı ifşa edib
Okt 26, 2019 18:54 Asia/Baku
Rusiya müdafiə nazirliyi Amerikanın beynəlxalq quldurluğu və Suriya nefti ilə bağlı qaçaqmalçılığını ifşa edib.
Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov bu gün Suriyanın bəzi bölgələrindən götürülmüş süni peyk görüntülərini yayıb. Bu təsvirlər göstərir ki, Suriya nefti İŞİD-in məğlubiyyətindən öncə və sonra amerikalıların nəzarəti altında tankerlər vasitəsilə Suriyadan xaricə göndərilir.
Konaşenkov deyib: Amerikanın Suriya neftini sanksiya etməsinə görə, Vaşinqton beynəlxalq quldurluqla ayda təxminən 30 milyon dollar qazanır.
Suriyanın ölkənin şimal və şimal-şərqindəki bir sıra neft yataqları və quyuları Dəməşqin nəzarəti xaricindədir və ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri tərəfindən idarə olunur.