Minlərlə italiyalı, ifratçı cinahlara qarşı etiraz aksiyası keçirib
Yeni Sardin hərəkatının çağırışı ilə on minlərlə adam İtaliyanın Florans şəhərində ifratçı sağçı "Liqa" partiyasına qarşı etiraz aksiyası keçirib.
FransPressin verdiyi məlumata görə, Sardin hərəkatı İtaliyada ifratçı sağçı cinahın rəhbəri Mateo Salviniyə qarşı etiraz simvoluna çevrilib. Salvini keçmiş koalisiya hökumətində daxili işlər naziri və baş nazirin müavini vəzifələrində fəaliyyət göstərmişdir.
Aksiyalara universitet tələbələri, gənc müəllimlər və övladı olan ailələr qatılıblar. Aksiyada siyasi plakat daşımağ qdağan edilmişdir.
Aksiya təşkilatçılarının bildirdiklərinə görə, Florans aksiyasına 40 min insan toplaşıb.
Bu yeni hərəkat son 15 gün ərzində İtaliyanın şimalında 10 aksiya keçirib.
Sardin hərəkatını 4 naməlum fəal, 14 noyabrda Salvininin siyasətlərinə etiraz əlaməti olaraq təsis etdilər.
Bu hərəkat əslində İtaliyanın şimalında Liqa partiyasının başçılıq etdiyi sağçı koalisiyanın güclənməsinə reaksiyada təsis olunmuşdur.