Rusiyada bir avtobus körpüdən aşıb; 19 nəfər ölüb
Dek 02, 2019 09:01 Asia/Baku
Bir avtobusun Rusiyanın Sibir bölgəsinin şərqində körpüdən aşması nəticəsində 19 nəfər ölüb, 18 nəfər də bədən xəsarəti alıbdır.
43 sərnişini olan bu avtobus bazar günü Rusiyanın Sibir bölgəsinin şərqində yerləşən donmuş Kuenqa çayının üzərindəki körpüdən aşıbdır.
Hadisənin səbəbi, avtobusun təkərinin boşalması elan olunubdur.
Hadisədən sonra Rusiyanın baş naziri Dmitri Medvedev bu hadisədə bədən xəsarəti alan insanlara və həlak olanların ailələrinə yardım üzrə tədbirlərin görülməsi barədə göstəriş veribdir.