Dek 11, 2019 20:24 Asia/Baku
  • Yeni Zelandiyada təbii fəlakət qurbanlarının sayı artıb

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 14 nəfər hayatını itirib.

Frans Press-in məlumatına görə, Yeni Zelandiya polisi çərşənbə günü Vayt adasında vulkan püskürməsi nəticəsində 14 nəfərin ölümünü təsdiqləyərək, bu bölgənin vəziyyətini təhlükəli adlandırıb və vulkanın yenidən püskürməsi ehtimalını istisna etməyib.

Bundan əvvəl təbii fəlakətdən ölənlərin sayı 5 nəfər elan olunmuşdur.

Yeni Zelandiya polisinin bildirdiyinə görə, hələ də vulkan kraterindən zəhərli qazlar püskürür və adanın səthi  turşu və vulkan külünün qalın bir qatı ilə örtülüb.

Yeni Zelandiyanın şimal sahillərində yerləşən Vayt adası bu bölgənin ən aktiv vulkanlarından birini özündə yerləşdirir və  turistlərin üz tutduğu əsas məkanlardan biridir.

Teqlər