Pxenyan Ağ Ev-in ona qarşı təhrikinin nəticələri barədə xəbərdarlıq edib
Şimali Koreyanın silahlı qüvvələrinin baş qərargah rəisi Amerikaya xəbərdarlıq edib ki, Pxenyanı təhrik etməkdən əl çəksin.
Pak Cun Çun deyib: Əgər Amerika və digər düşmən ölkələr sakit yeni il istəyirlərsə, Pxenyanı təhrik etməyi dayandırmalıdırlar.
Şimali Koreyanın bu yüksək rütbəli rəsmisi vurğulayıb ki, Pxenyanın son raket sınaqlarında məqsədi, önləyicilik yaratmaq və Amerikanın nüvə təhdidlərini aradan qaldırmaq olub.
Şimali Koreyanın silahlı qüvvələrinin baş qərargah rəisinin sözləri Pxenyanın raket motorları ilə bağlı mühüm sınaq keçirdiyini bildirməsindən az sonra yayılıbdır.
Şimali Koreyanın dünənki sınağı son iki həftədə raket motorları sahəsində ikinci önəmli sınaqdır.
Şimali Koreya bu ilin sonunadək Amerikaya möhlət veribdir ki, Pxenyana qarşı düşmənçilik mövqelərini dəyişsin. Əks halda, Şimali Koreya keçmiş yoluna geri dönəcəkdir.