Amerikada atışma; bazardan tutmuş qocalar evinədək
https://azeri.sahartv.ir/news/dünya-i354360-amerikada_atışma_bazardan_tutmuş_qocalar_evinədək
Amerikanın Rod-Aylend ştatında qocaların saxlanıldıqları mərkəzdə atışma baş verib. Nəticədə azı üç nəfər ölüb və yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2019 13:33 Asia/Baku
  • Amerikada atışma; bazardan tutmuş qocalar evinədək
    Amerikada atışma; bazardan tutmuş qocalar evinədək

Amerikanın Rod-Aylend ştatında qocaların saxlanıldıqları mərkəzdə atışma baş verib. Nəticədə azı üç nəfər ölüb və yaralanıbdır.

Amerikanın yerli mediaları cümə axşamı günü sürətli reaksiya qüvvələri və yerli polis rəsmilərinə istinadla xəbər veriblər ki, həmin hadisədə azı bir nəfər ölüb, iki nəfər isə yaralanıbdır.

Rod-Aylend ştatında fövqəladə vəziyyətə nəzarət agentliyinin sözçüsü Kristina Murray polis qüvvələrinin hadisə yerinə gəldiklərini bildirib.

Bu atışmanın ardınca yaxınlıqdakı məktəblər bağlanıb və məktəblilər evlərinə göndəriliblər.

Digər bir atışma isə Oklahoma şəhərindəki bir satış mərkəzində baş verib. Həmin hadisədə azı bir nəfər yaralanıb.

Hər il Birləşmiş Ştatların müxtəlif bölgələrində atışma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır.

Rəsmi məlumatlara görə, Amerikada 270-300 milyon ədəd odlu silah var. Bu da adambaşına bir silah deməkdir.