Dek 26, 2019 08:49 Asia/Baku
  • Fransada on minlərlə müsafir çaş-baş qalıb
    Fransada on minlərlə müsafir çaş-baş qalıb

Yeni milad ili tətillərinin başlanması ərəfəsində və bütün Fransa boyu tətillərin davam etməsilə bu ölkədə on minlərlə müsafir çaş-baş vəziyyətdə qalıb və ya öz səfərini ləğv etməyə məcbur olubdur.

Fransa milli dəmiryolu şirkəti bu ölkədə ümumölkə tətillərinin dördüncü həftəyə daxil olması ilə bildirib ki, bu şirkətin fəaliyyətinin 40%-i dayanıbdır.

Fransada minlərlə müəllim, dövlət işçisi, dəmiryolu fəhləsi və xəstəxana işçisi Makronun pensiya sisteminə düzəliş üzrə layihəsinə etiraz olaraq, dekabrın beşindən son onilliklərdə bu ölkədə ən böyük ümumi tətillərdən birinə başlayıblar.

Bununla belə, Fransa hökuməti bu ölkədə pensiya qanununu tam şəkildə icra etməkdə hələ də əzmkardır. Digər tərəfdən, tətilçilər bu tətilləri gələn ilin yanvar ayında da davam etdirməki niyyətindədirlər.

Fransa həmçinin bir ildən çoxdur ki, etirazçıların kapitalizm quruluşuna qarşı həftəlik aksiyaları ilə üzləşir.

Fransa etirazları gedişində indiyədək on bir nəfərdən çox insan ölüb, təqribən on dörd min nəfər də yaralanıb və ya həsb olunubdur.

Etirazlar öncə Fransa prezidenti Emmanuel Makronun xüsusən yanacaq və vergi sahəsindəki iqtisadi siyasətlərinə reaksiyada başlandı, amma sürətlə siyasi mahiyyət kəsb etdi.

 

 

Teqlər