Dek 27, 2019 19:22 Asia/Baku
  • Rusiya BMT TŞ-nin Pxenyana qarşı sanksiyalarının davam etməsinə qarşı çıxıb
    Rusiya BMT TŞ-nin Pxenyana qarşı sanksiyalarının davam etməsinə qarşı çıxıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Şimali Koreya nüvə tərkisilahına tərəf getdiyinə görə, təşviq və bu ölkəyə qarşı sanksiyalar ləğv olunmalıdır.

Mariya Zaxarova həftəlik brifinqində deyib ki, BMT-nin Təhlükəsizlik Şurası nüvə tərkisilahına tərəf getdiyinə görə, Şimali Koreyanı təşviq və bu ölkəyə qarşı beynəlxalq sanksiyaları ləğv etməlidir.

Zaxarova əlavə edib: Biz bu qənaətdəyik ki, Təhlükəsizlik Şurasının Koreya yarımadasının vəziyyətinin həllinə kömək üzrə mexanizmini daha da fəallaşdırmalı və Pxenyanın nüvə tərkisilahı üzrə təmayülünü təşviq etməliyik.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın “Axın-2” boru kəməri layihəsinə qarşı sanksiyası barədə də vurğulayıb ki, Rusiya bu sanksiyalara cavab verəcək.

 

Teqlər