Dek 29, 2019 18:54 Asia/Baku
  • Sarı jiletlilər tətilçilərə qoşuldular
    Sarı jiletlilər tətilçilərə qoşuldular

Fransada kapitalizm quruluşuna qarşı çıxan “sarı jiletlilər” pensiya sisteminə etiraz edənlərə qoşulublar.

Sarı gödəkçəlilər şənbə günü, Fransada pensiya sisteminə etiraz olaraq keçirilən tətillərin 24-cü günündə bir çox həmkarlar ittifaqlarının çağırışı ilə bəzi şəhərlərdə tətilçilərin aksiyalarında iştirak ediblər.

Parisdəki tətilçilər öz aksiyalarına “Ger du Nord” dəmiryolu stansiyasından başlayıblar.

Paris şəhəri və onun ətrafı üzrə nəqliyyat sektorunun personalı və dəmiryolu işçiləri tətillərin 24-cü günündə bu aksiyanın ön sıralarında diqqət çəkirdilər.

Parisdəki aksiya əvvəlcə dinc atmosferdə keçib, lakin günün sonunda gərginliklə yanaşı olubdur.

Fransanın təhlükəsizlik qüvvələri paytaxtda tətilçilərlə toqquşublar. Azı altı etirazçı həbs olunub.

 

Teqlər