Dek 31, 2019 09:02 Asia/Baku
  • Yeni milad ili ərəfəsində Lufthansanın 180 uçuşu ləğv edildi
    Yeni milad ili ərəfəsində Lufthansanın 180 uçuşu ləğv edildi

Almaniyada Lufthansa hava şirkətinin tabeliyində olan şirkətlərdən birinin ekipaj üzvlərinin tətil elan etməsi bu şirkətin 180 uçuşunun ləğvi ilə nəticələnib.

 Almaniyanın DPA xəbər agentliyinin verdiyi məlumata görə, Almaniyanın Lufthansa hava şirkətinin tabeliyində olan "Germanwings" şirkətinin işçilərinin tətil elan etməsi nəticəsində yeni milad ili münasibəti ilə səfərlər ərəfəsində bu şirkətin uçuş proqramlarını əngəlləyib. 

Koln-Bon hava limanlarını təsir altına alan bu tətil Almaniyada yeni il ərəfəsində 180 uçuşun ləğv edilməsi ilə nəticələnib. 

Almaniyanın uçuşların ekipaj üzvləri birliyi ilə Lufthansa şirkəti arasında fəhlə ixtilafları üzrə müzakirələrinin nəticəsiz qalmasının ardınca bu birlik 28 dekabrda "Germanwings" şirkətinin işçiləri və ekipaj üzvlərini üç günlük tətilə çağırdı. 

Bu birlik həmçinin üzvlərinin tələblərinin təmin olunmayacağı təqdirdə tətilləri davam etdirəcəyini bildirib. 

Tətillərlə əlaqədər növbəti tədbirlər 2020-ci il yanvarın 2-dən sonra elan ediləcək. 

Teqlər