Yan 02, 2020 08:58 Asia/Baku
  • Quterreş In-ın Trampa milad mesajından narahat olub
    Quterreş In-ın Trampa milad mesajından narahat olub

BMT baş katibi Şimali Koreya prezidenti Kim Çen In-ın Amerika prezidenti Donald Trampa milad mesajından narahatlıq ifadə edib.

Antonio Quterreş dünən gecə Kim Çen In-ın Amerikaya xəbərdarlığı və Pxenyanın nüvə sınaqlarının bərpası ehtimalından narahat olduğunu bildirib. Deyib ki, beynəlxalq nüvə təhlükəsizliyinin dayaqlarından biri, onun yayılmasının qarşısının alınmasıdır.

Şimali Koreya rəhbəri çərşənbə axşamı günü Pxenyana qarşı düşmənçilik hərəkətləri barədə Amerikaya xəbərdarlıq edib.

Kim Çen In yeni 2020-ci il çıxışında bildirib ki, əgər Amerika Şimalia Koreyaya qarşı düşmənçilik siyasətini davam etdirərsə, Koreya yarımadasında heç vaxt nüvə tərkisilahı həyata keçməyəcəkdir.

 

Teqlər