İtalyan hərbçilər ABŞ-ın Bağdaddakı hərbi bazasından çıxıblar
https://azeri.sahartv.ir/news/dünya-i355578-İtalyan_hərbçilər_abŞ_ın_bağdaddakı_hərbi_bazasından_çıxıblar
Bir italyan media bu ölkə hərbçilərinin amerikalı hərbçilərin İraqda yerləşdikləri məkandan çıxmalarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2020 18:10 Asia/Baku
  • İtalyan hərbçilər ABŞ-ın Bağdaddakı hərbi bazasından çıxıblar
    İtalyan hərbçilər ABŞ-ın Bağdaddakı hərbi bazasından çıxıblar

Bir italyan media bu ölkə hərbçilərinin amerikalı hərbçilərin İraqda yerləşdikləri məkandan çıxmalarından xəbər verib.

Bağdaddakı "Yunion-3" hərbi bazasında yerləşən italiyalı hərbçilər dünən gecə bu məkanı tərk ediblər.

Almaniyanın xarici işlər nazirliyi də bu gün bu ölkənin 35 hərbçisinin İraqdan İordaniyaya və Küveytə köçürülməsindən xəbər verib.

Danimarkanın müdafiə nazirliyi də ötən günlərdə bildiribdir ki, təhlükəsizlik dəlillərinə görə, özünün İraqdakı bütün təlim və hərbi fəaliyyətlərini dayandırıbdır.