Yan 23, 2020 07:51 Asia/Baku
  • ABŞ senatında Trampın impiçmenti məhkəməsi davam edir
    ABŞ senatında Trampın impiçmenti məhkəməsi davam edir

Amerika senatında bu ölkə prezidenti Donald Trampın impiçmenti üzrə ikinci məhkəmə iclası keçirilib.

Tramp Amerikanın impiçment edilən üçüncü prezidentidir.

Ötən cümə axşamı günü Trampın impiçmenti işi ilə bağlı ittihamlar barədəki maddələr senatda “Trampın impiçmenti üzrə məsul şəxslər” komandasının başçısı Adam Şif tərəfindən qiraət olundu.

ABŞ konqresinin nümayəndələr palatası ötən çərşənbə günü Trampın impiçmenti layihələrinin senata göndərilməsi barədəki layihəni qəbul etdi.

Bu layihə 193 əleyhinə səs qarşılığında 228 lehinə səslə qəbul olundu.

Qeyd olunan layihənin ABŞ konqresinin nümayəndələr palatasında qəbul edilməsindən az öncə də nümayəndələr palatasının sədri Nensi Pelosi yeddi demokrat nümayəndəni “Trampın impiçmenti üzrə məsul şəxslər” kimi təqdim etdi.

Bu yeddi nəfər Trampın impiçmenti prosesini idarə edən şəxslərdir.

Trampın impiçmenti prosesi onun Ukrayna prezidenti ilə telefon söhbətinin ifşa olunmasından sonra başlandı.

Tramp iyul ayında ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon əlaqəsi saxlayaraq, ondan istəmişdi ki, 2020-ci il Amerika prezident seçkilərində onun əsas rəqibi olacaq demokrat namizəd Co Baydenin imicinə zərbə vursun.

Deyilənlərə görə, Tramp Amerikanın Ukraynaya hərbi kömək göstərməsini Baydenin və onun oğlunun iddia olunan korrupsiyası barədə təhqiqatla şərtləndiribdir.

Bu rüsvayçlılıqdan sonra ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin göstərişi ilə Trampın impiçmenti üzrə təhqiqat prosesi başlandı.

 

 

Teqlər