Ermənistanda dövlət çevrilişi planı uğursuz qalıbmış
Ermənistanın baş naziri onun hökumətinə qarşı çevriliş cəhdlərinin zərərsizləşdirilməsindən xəbər verib.
Nyus am xəbər portalının verdiyi məlumata görə. Nikol Paşiniyan bu gün İrəvanda mətbuat konfransında etdiyi çıxışında deyib: Plan hazırlayanlar on minlərlə dollar xərc qoyaraq, mediya və internetdən faydalanmaqla ölkə rəsmilərini, baş naziri və onun ailəsini etibarsız etməyə cəhd göstərdilər ancaq mürəkkəb müharibə yaratmaq cəhdləri zərərsizləşdirilib.
Ermənistanın baş naziri kimsənin adını çəkmədən deyib: Məmurlar, məzi dayirələrin nümayəndələri, hətta məhkəmə sisteminə mənsub olanlar bu çevrilişdə rol oynayıblar.
Nikol Paşiniyan deyib: Çevrilişə cəhddə şübhəli bilinənlər, xarici səfərlərə çıxıblar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər.
Ermənistan baş naziri deyib: Ermənistanın təhlükəsizlik rəsmiləri bu mövzunu araşdırırlar və faktlar toplandıqdan sonra məsuliyyət daşıyan şəxslər cavabdeh olacaqlar.