Trampın anti-İran siyasətlərinə qarşı aksiyalar keçirilir
ABŞ prezidenti donald Trampın İran əleyhinə siyasətlərinə qarşı çıxanlar bu ölkə və Kanadada aksiya keçiriblər.
"WPRI" portalının məlumatına əsasən, ABŞ-ın Rod-Aylend ştatının mərkəzində yerləşən Providens şəhərində onlarla etirazçı bu ştatın Nümayəndələr Palatasının binası qarşısına toplaşaraq, ABŞ prezidenti Donald Trampın xarici siyayətinə qarşı olduqlarını nümayiş etdirib və "İranla müharibəyə yox" şüarşı veriblər.
Aksiyaçılar ABŞ-İran müharibəsi üçün heç bir əsasın olmadığını vurğulayıblar.
ABŞ-ın İndiana ştatında yerləşən Qoşen şəhəri də Trampın avantüralarına qarşı keçirilən nümayişlərin şahidi idi.
Eyni zamanda Kanadada da bir qrup etirazçı ABŞ-ın Toronto şəhərindəki konsulluğu önunə toplaşaraq, ABŞ siyasətlərinin dəyişdirilməsi və sanksiyaların ləğv olunmasını tələb ediblər.
Aksiyaçılar " İranla müharibəyə yox", " sanksiyalara dərhal son qoyun" şüarları səsləndirib və İranın suverenliyinə hörmət edilməsinə çağırıblar.
Kanadanın Edmonton şəhərində də digər bir qrup etirazçı Trampın İran Və Yaxın Şərq siyasətlərini qinayıblar.
Bu aksiyalar həftənin sonunda keçirilməsi planlaşdırılan aksiyaların tərkib hissəsidir.
ABŞ 2018-ci il may ayında qanunsuz və birtərəfli qaydada İranla imzalanmış nüvə sazişindən çıxaraq, bu ölkəyə maksimum təzyiq göstərmək üçün hərtərəfli kampaniyaya start verib.