Yan 28, 2020 15:15 Asia/Baku
  • ABŞ-ın iki naziri konqresin iclasında iştirakdan imtina edib
    ABŞ-ın iki naziri konqresin iclasında iştirakdan imtina edib

Amerikanın müdafə naziri və dövlət katibi bildiriblər ki, konqresin bu ölkənin Əfqanıstan barədəki strateji proqramı haqdakı iclasında iştirak etməyəcəklər.

ABŞ konqresinin nümayəndələr palatasının nəzarət komitəsi bu gün bildirib ki, həm demokrat, həm də respublikaçılar cinahlarından olan nümayəndələrin Amerikanın Əfqanıstandakı strategiyası barədə brifinqinin keçirilməsi üzrə xahişinə rəğmən, ABŞ-ın müdafə naziri və dövlət katibi Mark Esper və Mayk Pompeo bu iclasda iştirakdan imtina edirlər.

Əfqanıstanın bərpası üzrə xüsusi müfəttiş Con Sopko da Amerika prezidenti Donald Tramp hökumətinin yeganə şahidi kimi konqresin iclasında iştirak etməlidir.

ABŞ konqresinin nümayəndələr palatasının nəzarət komitəsinin açıqlamasına görə, bu, Tramp hökumətinin konqresin brifinqlərində iştirakı əngəlləməsinin və mühüm milli təhlükəsizlik məsələləri barədə Amerika xalqı ilə şəffaflığın olmamasının son nümunəsidir.

Amerika hökuməti nümayəndələrinin çəkinmələrinə rəğmən, qanunvericilər deyiblər ki, onlar amerikalı qüvvələrin Əfqanıstandan geniş surətdə çıxmaları ilə müxalifdirlər.

ABŞ konqresi həmçinin bildiribdir ki, Amerikanın Əfqanıstandakı 18 illik müharibəsi gedişində təqribən 2400 ameriklı əsgər öldürülüb, iki mindən çox nəfər də yaralanıbdır.

Teqlər