Tunisdə "əsrin sövdələşməsi" planına qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i357018-tunisdə_əsrin_sövdələşməsi_planına_qarşı_aksiya_keçirilib
Tunisdə yüzlərlə insan "əsrin sövdələşməsi" planını qınamaq üçün küçələrə axışaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2020 10:23 Asia/Baku
  • Tunisdə
    Tunisdə "əsrin sövdələşməsi" planına qarşı aksiya keçirilib

Tunisdə yüzlərlə insan "əsrin sövdələşməsi" planını qınamaq üçün küçələrə axışaraq, aksiya keçirib.

Əl-Əhd xəbər portalının məlumatına görə, Tunis xalqı Fələstin xalqına dəstək vermək və ABŞ prezidenti Donald Trampın "əsrin sazişi" adı ilə tanınan planını qınamaq məqsədilə şüarlar verərək, aksiya keçirib.

Bu məlumata əsasən, etirazçılar " Əl-Əqsa təhlükədədir", " Fələstin satılmır" və "qayıdış haqqının ləğvi mümkün deyil" şüarları səsləndiriblər.

Tunis parlamentinin bir qrup deputatı da bu aksiyada iştirak edib nitqlər söyləyib.