Çin ABŞ dövlət katibinin son iddialarına cavab verib
Fev 04, 2020 19:09 Asia/Baku
Çinin Özbəkistandakı səfirliyi ABŞ dövlət katibinin son zamanlar Özbəkistanda söyləyidi sözləri ittihamvurma adlandırıb.
Çinin Özbəkistandakı səfirliyi bir açıqlamada Mayk Pompeonun bazar ertəsi günü dedyi sözləri pisləyərək, vurğulayıb: Çinə töhmət vurmaq və Pekin ilə Mərkəzi Asiya ölkələri arasındakı dostcasına əlaqələrdə ixtilafsalma üzrə hər cür cəhd uğursuzluğa məhkumdur.
Bu açıqlamada deyilir: Amerikanın Çin barədəki yalanları və bu yalanların təkrar edilməsi onu həqiqətə çevirməyəcəkdir.
Amerikanın dövlət katibi bazar ertəsi günü Özbəkistana səfərinin sonunda Vaşinqtonun Çin barədəki keçmiş iddialarını təkrar edərək, bu ölkəni Sintszyan bölgəsində müsəlmanları yatırmaqda ittiham edibdir.