Fev 06, 2020 19:27 Asia/Baku
  • Pentaqon ABŞ hava qüvvələrində intiharın artması haqda xəbərdarlıq edib
    Pentaqon ABŞ hava qüvvələrində intiharın artması haqda xəbərdarlıq edib

Amerikanın müdafiə nazirliyi- Pentaqon xəbərdarlıq edib ki, bu ölkənin hava qüvvələrində intihar hallarının sayı artıbdır.

Bu haqdakı ən yeni xəbərdarlıqda ABŞ hava qüvvələrinin başçıları bildiriblər ki, 2019-cu ildə bu qüvvələrdə intiharların sayı 2018-ci ildəki miqdar ilə müqayisədə 33 faiz çox olubdur.

ABŞ hava qüvvələri bildirib ki, 2019-cu ildə bu qüvvələrin ehtiyatda olan hərbçiləri, milli qvardiyası və fəaliyyət göstərən personalından 137 nəfər intihar edibdir.

Amerika hava qüvvələrinin insan qüvvələri, personal və xidmətlər qərargahının rəis müavini general Brayan Kelli deyib ki, intiharı aşkar edə bilən həll yollarını tapmaq asan deyildir.

Pentaqon indiyədək son illər ərzində amerikalı hərbçilərin intihar hallarının artması barədə çoxlu sayda məlumat yayıbdır.

Amerikanın hərbi rəsmiləri müharibədən geri dönən hərbçilərin psixoloji problemlərini bu ölkə ordusundakı intihar hallarının əsas amili hesab edirlər.

Teqlər