Moskva və Aşqabad Xəzər sahillərindəki neft və qaz yataqlarını birgə istismar edəcəklər
https://azeri.sahartv.ir/news/dünya-i357335-moskva_və_aşqabad_xəzər_sahillərindəki_neft_və_qaz_yataqlarını_birgə_istismar_edəcəklər
Türkmənistan prezidenti və Rusiyanın “Luk Oyl” neft şirkətinin sədri Xəzər sahillərindəki neft və qaz yataqlarının birgə istismarı məsələsini araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2020 15:24 Asia/Baku
  • Moskva və Aşqabad Xəzər sahillərindəki neft və qaz yataqlarını birgə istismar edəcəklər
    Moskva və Aşqabad Xəzər sahillərindəki neft və qaz yataqlarını birgə istismar edəcəklər

Türkmənistan prezidenti və Rusiyanın “Luk Oyl” neft şirkətinin sədri Xəzər sahillərindəki neft və qaz yataqlarının birgə istismarı məsələsini araşdırıblar.

Rusiyanın “Luk Oyl” neft şirkətinin sədri Vahid Ələkbərov Aşqabadda Türkmənistan prezidenti Kurbankulu Berdımuhəmmədov ilə görüşdə deyib: Türkmənistanda investisiyanın əlverişli durumu və bu ölkədə sərmayə yatırımı üçün qanuni çərçivələrin mövcud olması səbəb olub ki, Türkmənistanın infrastrukturları, həmçinin neft və qaz yataqlarının inkişaf etdirilməsi sahəsində bir çox investisiyalar həyata keçirilsin. Buna görə də “Luk Oyl” şirkəti də Türkmənistanın neft və qaz sektorunda layihələr icra etməyə maraqlıdır.

“Luk Oyl” şirkətinin sədri sonra deyib ki, bu şirkət Türkmənistanda strateji maraqlara malikdir.

Türkmənistan prezidenti də bu rus şirkətin ölkəsinin “Türkmənneft” və “Türkmənqaz” milli şirkətləri ilə daha çox əməkdaşlıq etməsini istəyib.