Fev 26, 2020 09:00 Asia/Baku
  • Yeni-Dehli toqquşmalarında 13 ölü, 150 yaralı
    Yeni-Dehli toqquşmalarında 13 ölü, 150 yaralı

Hindistanın paytaxtı Yeni-Dehli-də qeyri-müsəlman şəxslərə bu ölkə vətəndaşlığının verilməsi üzrə qalmaqallı qanunun müxalifləri ilə müvafiqləri arasında baş verən toqquşmalarda həlak olanların sayı 13 ölü və 150 yaralıya çatıbdır.

Dünən baş verən bu toqquşmalar ABŞ prezidenti Donald Trampın Hindistanın Heydərabad şəhərindəki iştirakı ilə bir zamana düşübdür.

Dünən Yeni-Dehlidə baş verən etirazlarda bu qalmaqallı layihənin minlərlə müxalifindən əlavə, onun tərəfdarları da iştirak ediblər və polis qüvvələri gözyaşardıcı qaz və tüstülənən qumbaralardan istifadə etmələrinə rəğmən, toqquşmaları idarə edə bilməyiblər.

Şahidlərin sözlərinə görə, Hindistanın hərbi qüvvələri etirazçılara hücum edərək, bir çox etirazçını da həbs ediblər.

Aksiyaçılar vurğulayıblar ki, Hindistan hökumətinin bu qanunu ləğv etməkdən savayı bir çarəsi yoxdur və bu qanunu ləğv etməyəcəyi zamanadək etirazlar davam edəcəkdir.

Hind hərbçilər indiyə kimi bu etirazlarda azı otuz nəfəri öldürüb, təqribən 21 min nəfəri də həbs ediblər.

Hazırda qanuna çevrilmiş müsəlmanlara qarşı yönəlmiş vətəndaşlığın verilməsi layihəsi Banqladeş, Pakistan və Əfqanıstan kimi qonşu ölkələrdən Hindistana qaçmağa məcbur olan mühacirlərə vətəndaşlıq haqqı verir, amma bu qanun müsəlmanlara şamil olmur.

 

 

Teqlər