Fev 27, 2020 15:12 Asia/Baku
  • Müxtəlif Avropa ölkələrində koronavirusa yoluxma halları qeydə alınıb

Norveç, Danimarka, Rumıniya və Estoniya rəsmiləri bu ölkələrdə koronavirusa yoluxma hallarının təsbit olunmasından xəbər veriblər.

Röytersin verdiyi məlumata görə, Danimarkanın Səhiyyə Nazirliyi, Estoniya və Rumıniyanın Səhiyyə rəsmiləri, bu gün bu ölkələrdə koronavirusa ilk yoluxma hallarının qeydə alındığını bildiriblər. 

Norveçin Səhiyyə Nazirliyi də bir vətəndaşın koronavirusa yoluxduğunu təsdiqləyib. 

Danimarka və Norveçin səhiyyə nazirlikləri bildiriblər ki, koronavirusa yoluxan şəxslər öz mənzillərində karantinə alınıblar. 

Avropada koronavirusa yoluxma hallarının artmasıAvropa Birliyi rəsmilərini nigaran edib.

Avropa Komissiyası koronavirusun bu qurumun işçilərinə yayılmasından nigaran qalaraq onlara İtaliyanın şimalında koronavirusun yayıldığı ərazilərə səfərdən çəkinmələrini tövsiyyə edib. 

Avropa Birliyi də koronavirus ilə mübrarizəyə 230 milyon avro ayrıldığını bildirib. 

Nyu-York Tayms qəzeti isə yazıb: Koronavirusun yayılması sadəcə İtaliyanın problemi deyil bu xəstəlik Avropa iqtisadiyyatını təhdid edir. 

Koronavirus ötən milad ilinin dekabr ayının sonlarında Çinin şərqində yerləşən Hubey əyalətinin Uhan şəhərində müşahidə olundu və hazırda bu ölkənin 30 əyalətindən əlavə, azı 36 ölkəyə, o sıradan qərbi Asiya ölkələrinə yayılıb. 

Son statistikalara görə, indiyədək dünyada azı 81 min nəfər bu virusa yoluxubdur və təqribən iki min 700 nəfər də həyatını itiribdir.

Teqlər