Yunanıstanda polis və yerli sakinlər miqrantlarla toqquşublar
Yunanıstanda polis və yerli sakinlər Avropa sərhədlərinə tərəf irəliləyən miqrantlarla toqquşublar.
"Türkiyəyə qayıdın!" şüarı verən Yunanıstanın Lesbos adasının bir qrup sakini, miqrantları daşıyan bir qayığın bu adaya daxil olmasına mane olmaq üçün BMT-nin idarəsi altında olan bir miqrant düşərgəsini yandırıb.
Yunanıstan polisi də bir sərhəd şəhərində gözyaşardıcı qaz işlədərək, bu ölkəyə daxil olmaq istəyən yüzlərlə miqrantla toqquşubdur.
Yunanıstan hökuməti bildirib ki, bu ölkə təqribən on min mühacirin Türkiyə sərhədlərindən daxil olmasının qarşını alıb və onları Türkiyə sərhədi yaxınlığında yerləşən Yunanıstanın Evros bölgəsinə köçürübdür.
Yunan rəsmiləri bildiriblər ki, Əfqanıstan, Pakistan və Somalidən olan 37 miqrantı həbs edib.
Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, 13 minə yaxın miqrant Türkiyə-Yunanıstan sərhədinə toplaşıbdır.
Suriyada döyüşlərin şiddətlənməsi və miqrantların Avropaya tərəf hücumunun ehtimal üzrə artmasının ardınca rəsmi Afina sərt tədbirlər görübdür.
Yunanıstanın qonşuluğunda yerləşən Türkiyə Avropa Birliyindən maliyyə yardımı almaq qarşılığında üç milyondan çox suriyalı miqranta öz ərazisində yer veribdir.
Ankara dəfələrlə təhdid edibdir ki, mühacirlərin Avropaya axın etmələri üçün öz sərhədlərini açacaqdır.
YUNANISTAN POLİSİ VƏ XALQI MİQRANTLARLA TOQQUŞUBLAR