Mart 03, 2020 13:24 Asia/Baku
  • Vaşinqton ştatında onlarla məktəb bağlanıb-koronavirusa görə

Bir amerikan informasiya kanalı Amerikada koronavirusun yayılmasına görə, Vaşinqtonda onlarla məktəbin bağlandığını bildirib.

ABŞ-In CNN telekanalı bu gün xəbər verib ki, Vaşinqton ştatının Amerikada koronavirus epidemiyasının əsas bölgələrindən birinə çevrilməsilə bu ştatda onlarla məktəb bağlanıb.

ABŞ rəsmiləri bildiriblər ki, son statistikalara görə, bu ölkədə daha 34 nəfərin yoluxması ilə Amerikada koronavirusa yoluxanların sayı yüz nəfərə çatıb və göstərici üçrəqəmli olubdur.

Vaşinqton ştatında 18, Kaliforniya ştatında isə 16 nəfər yeni yoluxan şəxs qeydə alınıb.

Vaşinqton ştatının rəsmiləri dünən təsdiq ediblər ki, bu ştatda koronavirus qurbanlarının sayına daha dörd nəfər əlavə olunub və bundan öncəki iki halın hesab edilməsilə Amerikada bu virusun qurbanlarının sayı bütövlükdə altı nəfərə çatıb.

Yerli rəsmilərin sözlərinə görə, bu dörd nəfər Vaşinqton ştatındakı bi xəstəxanaya yerləşdirilib.

Amerikada bu ölkənin prezidenti Donald Trampın hökumətinin koronavirus epidemiyası ilə bağlı fəaliyyəti barədəki nigarançılıqlar yüksəlibdir.

Tramp Amerika medialarını qorxu hissi yaratmaqda ittiham edib.

VAŞİNQTON ŞTATINDA ONLARLA MƏKTƏB BAĞLANIB

Teqlər