Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib
https://azeri.sahartv.ir/news/dünya-i358993-nyu_york_ştatında_fövqəladə_vəziyyət_elan_edilib
Nyu-York ştatının qubernatoru bu ştatda koronavirusa yoluxanların sayının artmasından sonra fövqəladə vəziyyət elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2020 06:55 Asia/Baku
  • Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatının qubernatoru bu ştatda koronavirusa yoluxanların sayının artmasından sonra fövqəladə vəziyyət elan edib.

İRNA-nın məlumatına görə, Nyu-Yorkun qubernatoru Endru Komo deyib: İndiyədək bu ştatda koronavirusa 76 yoluxma halı qeydə alınıb və 10 nəfər xəstəxanaya yerləşdirilib. 

Öncə Meriland, Kaloforniya və Yuta ştatlarında da koronavirus ilə mübarizə məqsədi ilə fövqəladə vəziyyət elan edilmişdi. 

İndiyədək Amerikanın 29 ştatında koronavirusa cəmi 377 yoluxma halı qeydə alınıb. 

Koronavirus həmçinin Amerikanın birja bazarına da təsirsiz ötüşməyib və bu bazarda payların dəyər itirməsi baş verib. 

ABŞ-da koronavirusun yayılması sürəti artdıqca bu ölkə prezidenti Donald Trampın bu xəstəliyi ciddiyə almaması kəskin tənqidlərə səbəb olub. 

Koronavirus Amerikadan əlavə Avropa ölkələrində də yayılmaqda davam edir və Avropada da ciddi nigaranlıqlara səbəb olub. 

Son statistikalara görə, dünya üzrə koronavirusa yoluxan təxminən 100 min nəfər arasında 55 min nəfər sağlamlığını bərpa edib. Dünya üzrə bu virus nəticəsində ölənlərin sayı isə 3400 nəfərdən ibarətdir.