Mart 12, 2020 08:31 Asia/Baku
  • ABŞ maliyyə nazirliyi əsassız iddia irəli sürüb

ABŞ maliyyə nazirliyi dünən iddia edib ki, sanksiyalar koronavirusla mübarizə üçün İrana humanitar yardımların gəlməsinə mane olmur.

Bundan öncə də Vaşinqton iddia etmişdi ki, humanitar mallar, dərman və tibb ləvazimatı İrana qarşı sanksiyalardan müstəsna olubdur, amma əslində bu iddia əsassız olubdur.

Amerika iqtisadi terrorizmlə İran xalqına qarşı geniş təzyiqlərə bais olub və neft, sənaye, ticarət bank və pul mübadilələri sanksiyaları əslində dərman və tibb ləvazimatının satın alınması yolunu da bağlayıbdır. Amma ABŞ eyni zamanda siyasi-psixoloji bir oyunla özünü İran xalqının tərəfdarı kimi göstərməyə çalışır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan öncə tvitter-də yazmışdı: Amerika prezidenti Donald Tramp İranın koronavirusla mübarizə üçün lazım olan mənbələri qurutmaq hədəfi ilə küdurətlə qanunsuz sanksiyaları kəskinləşdirməkdədir, halbuki İran vətəndaşları koronavirus xəstəliyi ilə öz həyatlarını itirirlər.

 

ABŞ MALİYYƏ NAZİRLİYİNİN ƏSASSIZ İDDİASI

Teqlər