Koronavirusa görə, İspaniyada fövqəladə vəziyyət
İspaniyanın baş naziri koronavirus pandemiyası ilə mübarizə üçün bu ölkədə fövqəladə vəziyyət elan edib.
Pedro Sançes vurğulayıb ki, bu xəstəliklə mübarizə ilə bağlı tədbirlərin görülməsi üçün hərbi qüvvədən də istifadə olunacaqdır.
Bir ispan rəsmi təsdiq edibdir ki, Sançesin həyat yoldaşı- Beqoniya Qomesin COVID-19 analizi müsbət olubdur.
İspaniya şənbə günü bildirdi ki, ötən 24 saat ərzində bu ölkədə koronavirusa yoluxma üzrə 1500-dən çox yeni hal qeydə alınıbdır.
Hazırda İspaniyada koronavirusa yoluxanların sayı təqribən 6400 nəfər olubdur ki, onlardan 196 nəfər həyatını itiribdir.
Avropa hazırda koronavirusun yayıldığı mərkəzlərdən biri kimi tanınır. Bu qitədə yerləşən ölkələr öz səhiyyə sistemlərinin dağılmasının qarşısını almaq üçün məhdidiyyətlər tətbiq ediblər.
İtaliyada vəziyyət olduqca kritikdir. Bu ölkənin baş naziri koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayının qəflətən artmasından sonra əczaxanalar və ərzaq malları mağazaları müstəsna olmaqla ölkədəki bütün satış mərkəzlərinin bağlanması barədə göstəriş veribdir.
Fransa da bildiribdr ki, bu ölkədə kafelər, restoranlar və əyləncə məkanları kimi bütün qeyri-zəruri məkanlar tətil olacaqdır.
İndiyədək dünya üzrə 155 mindən çox insan koronavirusa yoluxub. Bu yoluxma nəticəsində 5800 nəfərdən çox insan isə həyatını itiribdir.
KORONAVİRUS AVROPADA MEYDAN SULAYIR