Mart 17, 2020 12:55 Asia/Baku
  • Kataloniyanın başçısı koronaviruslu oldu

İspaniyada Kataloniya muxtar bölgəsinin başçısı bildirib ki, koronavirusa yoluxub və özünü karantinə salıbdır.

"Katalan Nyus" qəzetinin məlumatına görə, Kataloniya muxtar bölgəsinin başçısı Kim Torranın COVID-19 testi müsbət elan olunub.

Torra dünən bu xəbəri bildirdikdən sonra deyibdir ki, özünü hökumət binalarından birində karantinə salıb və oradan öz vəzifələrini icra edir.

İspaniyanın şimal-qərbində yerləşən bu bölgənin başçısı əhalidən istəyibdir ki, koronavirusun bundan artıq yayılmasının qarşısını almaq üçün rəsmilərin tövsiyələrini yerinə yetirsin.

Onun müavini Pere Araqones də bazar günü bildirmişdi ki, COVID-19-a yoluxubdur.

Hazırda İspaniya İtaliyadan sonra ən çox koronavirus xəstəsinə malikdir. Belə ki, bu cəhətdən bu ölkə Cənubi Koreyanı arxada qoyubdur.

İspaniya hökumətinin başçısı Pedro Sançes şənbə günü, bu ölkədə 15 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Sançes həmçinin İspaniya ordusunun bu ölkədə koronavirus pandemiyası ilə mübarizəyə kömək etməyə hazır olduğunu bildirib.

KATALONİYANIN BAŞÇISI DA COVID-19-A YOLUXDU

Teqlər