Mart 19, 2020 13:43 Asia/Baku
  • Fransada COVID-19 xəstələrinin sayı artıb
    Fransada COVID-19 xəstələrinin sayı artıb

Fransa hökuməti bu ölkədə koronavirusa yoluxanların sayının 9134 nəfərə artmasından xəbər verib.

Fransa rəsmiləri dünən bildiriblər ki, koronavirusa yoluxma nəticəsində 89 yeni ölüm halı ilə bu ölkədə həmin xəstəlikdən ölənlərin sayı 264, yoluxanların miqdarı isə 9134 nəfərə çatıbdır.

İtaliya hökuməti də bu ölkədə COVID-19-a yeni 4207 yoluxma halının qeydə alınmasından xəbər verib. Bildirib ki, indiyədək İtaliyada 35713 nəfər bu virusa mübtəla olubdur.

İtaliya COVID-19-la bağlı, həm yoluxma, həm də ölüm cəhətdən Çindən sonra dünyada ikinci yerdə gedir.

Ötən ilin sonlarında Çinin Uhan şəhərində peyda olan COVID-19 hazırda 165-dən çox ölkəyə, o sıradan bütün Avropa ölkələrinə sirayət edib.

Ümumdünya Səhiyyə Təşkilatı Avropanı koronavirus pandemiyasının mərkəzi kimi təqdim edibdir.

Son statistikalara görə, indiyədək dünyada 219 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 85 min nəfərdən çox insan sağalıb, azı 8 min 960 nəfər isə vəfat edibdir.

FRANSADA COVID-19 XƏSTƏLƏRİNİN SAYI ARTIB

Teqlər