ABŞ İŞİD-i İraqa qaytarmağa çalışır
https://azeri.sahartv.ir/news/dünya-i359450-abŞ_İŞİd_i_İraqa_qaytarmağa_çalışır
Həşduşşəbi-nin İraqın Ələnbar vilayətindəki komandanı deyib: Amerika Ələnbar vilayətində koronavirusun yayılması barədə xəbərlər yayaraq, Həşduşşəbi qüvvələrini bu vilayətdən çıxarmağa və İŞİD-i oraya qaytarmağa çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2020 09:53 Asia/Baku
  • ABŞ İŞİD-i İraqa qaytarmağa çalışır
    ABŞ İŞİD-i İraqa qaytarmağa çalışır

Həşduşşəbi-nin İraqın Ələnbar vilayətindəki komandanı deyib: Amerika Ələnbar vilayətində koronavirusun yayılması barədə xəbərlər yayaraq, Həşduşşəbi qüvvələrini bu vilayətdən çıxarmağa və İŞİD-i oraya qaytarmağa çalışır.

Həşduşşəbi-nin İraqın Ələnbar vilayətindəki komandanı Qəsa Ələnbari sonra deyib: Amerikalı qüvvələr Ələnbardakı hərbi bazalardan geri çəkilməyiblər, daha doğrusu, onlar 101-ci hava-desant diviziyasını göndərərək, orada öz qüvvələrini artırmaqdadırlar.

O, sonra belə qeyd edib: Amerikanın İraqda koronavirus pandemiyası xəbərini yaymaqda məqsədi, İŞİD-in yenidən bu ölkədə iştirakına şərait yaratmaqdır.

Qərb mediaları dünən xəbər verdilər ki, Amerika və İngiltərə koronavirus qorxusundan öz qüvvələrinin bir hissəsini İraqdan çxaracaqlar.

ABŞ İŞİD-İ İRAQA QAYTARMAQ İSTƏYİR