Mart 24, 2020 08:10 Asia/Baku
  • Pompeo Kabili nəticəsiz tərk edib

ABŞ-ın dövlət katibi Kabili birgünlük səfərdən sonra tərk edib. Lakin Əşrəf Qəni ilə Abdullah arasında ehtimal olunan vasitəçilik barədə heç bir nəticə elan olunmayıbdır.

Dünən səhər öncədən elan olunmamış bir səfərdə Kabilə daxil olan ABŞ-ın dövlət katibi Mayk Pompeo Əfqanıstanın prezidenti Muhəmməd Əşrəf Qəni və onun siyasi rəqibi Abdullah Abdullah ilə görüşüb və heç bir nəticə elan etmədən Kabildən Dubaya yola düşüb.

Pompeonun bu səfərdə məqsədi, Amerika ilə Taliban arasındakı son razılaşmanı həyata keçirməkdən əlavə, Əfqanıstandakı siyasi böhrana son qoymaq üçün Qəni ilə Abdullah arasında vasitəçilik elan olunmuşdu.

POMPEO KABİLİ NƏTİCƏSİZ TƏRK EDİB

Teqlər