Mart 28, 2020 08:37 Asia/Baku
  • Ötən sutkada 920 italyan vəfat edib
    Ötən sutkada 920 italyan vəfat edib

İtaliyanın səhiyyə nazirliyi dünən gecə bildirib ki, ötən sutkada bu ölkədə 920 nəfər koronavirus yoluxmasından həyatını itirib.

İtaliyanın səhiyyə nazirliyi bu ölkədə koronavirusdan ölənlərin sayını 9135 nəfər elan edib.

Həmçinin İtaliyada daha 5909 nəfərin testinin pozitiv elan edilməsilə bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 86 min 498 nəfərə çatıb.

Bu yoluxanların hesablanması ilə İtaliya 93 min 329 koronavirus daşıyıcısına malik olan Amerikadan sonra ikinci yerdə durur.

Son statistikalara görə, indiyədək dünyada 532 min 263 nəfər koronavirusa yoluxub. Bu miqdardan 124 min 349 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 24 min 90 nəfər isə vəfat edibdir.

ÖTƏN SUTKADA 920 İTALYAN VƏFAT EDİB

Teqlər