Apr 01, 2020 20:10 Asia/Baku
  • Tokio birjasının göstəricisi 4,5% süqut edib
    Tokio birjasının göstəricisi 4,5% süqut edib

Tokio birjası Yaponiyada yeni maliyyə ilinin ilk sövdələşmələrində bu ölkədə və Asiyada biznes mühitinin ağırlaşmasından yeni nişanələrin təsiri altında kəskin azalma ilə öz işini başa vurub.

Biznes mühiti barədə üç aydan bir, statistika təqdim edən Yaponiya mərkəzi bankının «Tankan» araşdırmasının məsul şəxsi bu gün bildirib ki, Yaponiyada iri sənaye şirkətləri müdirlərinin cari ilin yanvar ayından mart ayınadək olan müddətdəki göstəricisi, ötən yeddi ildə ilk dəfə olaraq, bədbinlik səmtinə meyl edibdir.

Nikkei indeksi sövdələşmələrin sonunda 4,5 faizlik azalma ilə 18065,41 ədədinə çatıb və Tapiks indeksi 3,7 faizlik azalma ilə 1351,08 ədədinə çatıbdır.

Digər tərəfdən, zavod fəaliyyətləri üzrə alqı menecerlərinin indeksi, mart ayında Çindən başqa əksər Asiya ölkələrində azalmanın olduğunu təsdiqləyir.

TOKİO BİRJASI SÜQUT EDİB

 

Teqlər