Apr 28, 2020 13:56 Asia/Baku
  • Kim Çen Indan digər bir məktub

Şimali Koreya mediaları bu ölkənin rəhbəri Kim Çen In-dan bir məktub yayıblar. Məktubun tarixi bazar ertəsi gününə aiddir.

Bu məktubda Kim Çen In aparteidin bitməsinin ildönümü günü münasibətilə Cənubi Afrika prezidentini təbrik edibdir.

Bundan öncə də Şimali Koreyanın rəsmi mətbuat orqanı olan «Nodon Sinmun» bir məktub yayaraq, bildirdi ki, Kim özünün bu məktubunda Şimali Koreyanın şərqində yerləşən Vunsan liman şəhərinin fəhlələrinə təşəkkür edibdir.

Bu məlumatlar Kim Çen In-ın sağlamlıq durumu barədəki şübhələr zamanı yayılıb.

Son günlər bəzi Qərb medialarındə və sosial şəbəkələrdə Şimali Koreya rəhbərinin ürək əməliyyatı və hətta insult keçirməsinə dair şayiələr yayılmışdı, lakin bu ölkədə heç bir rəsmi mənbə onları təsdiq etməyibdir.

KİM ÇEN INDAN DİGƏR BİR MƏKTUB YAYILIB

Teqlər