2231 saylı qətnamədən sui-isitfadə üzrə səylər nəticə verməyəcək
Çinin BMT-dəki nümayəndəliyi nüvə anlaşmasını çoxtərəfli bir anlaşma adlandırıb. Vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindən sui-isitfadə üzrə səylər nəticə verməyəcəkdir.
Çinin BMT-dəki nümayəndəliyi cümə günü tvitter-də yazıb: Nüvə anlaşması BMT Təhlükəsizlik Şurasında təsdiq olunmuş çoxtərəfli bir anlaşmadır və hələ də qanun cəhətdən icbari və təsirlidir.
Çinin BMT-dəki nümayəndəliyi sonra nüvə anlaşmasının bütün tərəflərinin bu beynəlxalq anlaşma qarşısındakı öhdəliklərinə əməl etmələrini istəyib.
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin bir hissəsi olan bu təşkilatın İrana qarşı silah sanksiyalarının ləğvinin vaxtının yaxınlaşması ilə amerikalılar həmin sanksiyaların bitməsinin qarşısını almaq üçün öz səylərini ikiqat artırıblar.
2231 SAYLI QƏTNAMƏDƏN SUİ-İSTİFADƏ NƏTİCƏ VERMƏYƏCƏK