May 18, 2020 15:39 Asia/Baku
  • Rusiya müsəlmanlarına Prezident müraciəti

Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarından Orucluq bayramının evlərində qeyd etmələrini istəyib.

SəhərAzəri xəbər verir “Report” TASS-a istinadən bildiri ki,Putin bu barədə müraciətində bildirib.

Rusiya prezidenti bunu koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqələndirib.

"Mən bu respublikada (Dağıstanda) insanların bu bayrama münasibətlərini, adətləri qoruduqlarını bilirəm. Həm də bilirəm ki, din xadimləri, İslam dininin davamçıları bu bayramı evdə qeyd etməyə, kollektiv dualardan və böyük ziyafətlərdən imtina etməyə çağırırlar”, - Rusiya prezidenti Dağıstan rəhbərliyi və ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğulayıb.

O əlavə edib: “Ümid edirəm ki, bu məsləhətli söz mütləq eşidiləcək”.

Vladimir Putin videokonfransda iştirak edən Dağıstanın müftisi Əhməd Abdullayevə koronavirusdan tezliklə sağalmağı arzulayıb.

Qeyd edək ki, bir müddət əvvəl müfti və ailəsinin koronavirusa yoluxduğuna dair xəbər yayılmışdı.

Teqlər