May 24, 2020 08:11 Asia/Baku
  • Conson İngiltərə müsəlmanlarına təşəkkür edib

İngiltərənin baş naziri səadətli fitir bayramını təbrik edərək, mübarək Ramazan ayı günlərində karantin məhdudiyyətlərinə riaəyət və koronavirusun aradan qaldırlması sahəsində həmkarlıq etdiklərinə görə, müsəlmanlara təşəkkür edib.

SəhərAzəri xəbər verir, Boris Conson bir açıqlmada bildirib ki, müsəlmanların bir çoxu ötən ayda koronavirusun yayılmasının qarşısının alınmasında dəyərli rol oynayıbdır.

İngiltərənin baş naziri bu ölkə müsəlmanlarının tibb kadrının da səylərinə görə minnətdarlıq edib və bu istiqamətdə xəstəxanada koronavirusa yoluxma nəticəsində həyatını itirən müsəlman şəfqət işçisinin xatirəsini anıbdır.

Həmçinin İngiltərə leyboristlər partiyasının rəhbəri Kir Starmer bir müraciətdə səadətli fitir bayramını təbrik etdikdən sonra ötən ayda karantin məhdudiyyətlərinə riayət etdiyinə görə, bu ölkənin müsəlman icmasına təşəkkür edibdir.

İngiltərə hökuməti bundan öncə tvitter-də bir mesaj yayaraq, səadətli fitir bayramı münasibətilə müsəlmanları təbrik etmiş və vurğulamışdı ki, onlar koronavirus pandemiyasına nəzarətə kömək etmək üçün builki bayramı evdə qeyd etsinlər.

Teqlər