May 24, 2020 15:40 Asia/Baku
  • Qırğız-tacik sərhədində atışma

Qırğızıstan sərhədçilərinin Tacikistan ərazisinə girməsi nəticəsində növbəti dəfə münaqişə baş verib.

SəhərAzəri Axar.az-a istinadən xəbər verir ki, bunu Tacikistanın İsfarin rayonunun hökumət nümayəndəsi deyib.

“Qırğızıstan sərhədçiləri Tacikistan ərazisinə daxil olaraq Puli Oftobruya qışlağının sakinlərinin mal-qara otarmalarına mane olublar”, - nümayəndə bildirib.

Onun sözlərinə görə, daha sonra Tacikistan və Qırğızıstan sərhədçiləri arasında açışma baş verib. İnsident nəticəsində Tacikistan tərəfindən 1, Qırızıstan tərəfdən isə 2 nəfər yaralanıb.

Teqlər