May 26, 2020 17:29 Asia/Baku
  • Ayın özəlləşdirilməsinə icazə verməyəcəyik

Rusiyanın kosmonavtika təşkilatının sədri vurğulayıb ki, ölkəsi öz beynəlxalq stansiyasının əvəz edilməsi üçün yeni bir stansiyanın düzəldilməsi haqda düşünür və ayın özəlləşdirilməsinə icazə verməyəcəkdir.

SəhərAzəri - Dmitri Roqozin deyib: Rusiya həmişə orbital stansiyaların yaradılmasında öncül ölkə kimi yeni bir stansiyanın düzəldilməsi üçün dərhal işə başlamalıdır.

Roqozin sonra söyləyib: Hələ məlum deyildir ki, Rusiyanın yeni kosmik stansiyası milli olacaq, yoxsa beynəlxalq.

Beynəlxalq kosmik stansiya 1998-ci ilin sonlarında kosmosa göndərildi. Rusiya və Amerikanın bu milyardlıq layihə üzrə proqramları 2024-cü ilədək bəllidir.

Roqozin bildiribdir ki, Rusiya heç bir ölkənin ayı özəlləşdirməsinə icazə verməyəcək və heç bir kosmik rəqabətdə seçki kampaniyaları kimi iştirak etməyəcəkdir.

Bu sözlər ABŞ prezidenti Donald Trampın yeni sərəncamına cavab olaraq söylənibdir. O, demişdi ki, amerikalılar kosmik mənbələrdən ticari və emal qazıntılarına malik olmalıdırlar.

 

Teqlər