May 26, 2020 22:44 Asia/Baku
  • Koronavirus üç ölkə arasında gərginliyi artırdı

Bosniya və Herseqovina, Monteneqro və Serbiya arasındakı gərginlik mayın 26-da rəsmi Podqoritsanın bir neçə ölkə üçün sərhədlərin açılacağını bildirməsi və iki qonşusunu həmin siyahıya daxil etməməsindən sonra artıb.

SəhərAzəri Teleqraf.com-a xəbər verir ki, bir gün əvvəl Monteneqro koronavirusdan azad bir ölkə olduğunu açıqlayaraq Albaniya, Avstriya, Xorvatiya, Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, Polşa və Sloveniya da daxil olmaqla bir sıra ölkələrlə sərhədlərini açmağı düşündüyünü bildirib. Baş nazir Dushko Markovic ölkənin bölgədəki digər ölkələrə də sərhədlərini aça biləcəyinə diqqət çəkib. Hökumət bu qərarı koronavirusa yoluxma əmsalının hər 100 min nəfərə ən çoxu 25 nəfərin olduğu ilə əlaqələndirib.

Ancaq Bosniya və Herseqovina ilə Serbiya bu qərara mənfi reaksiya verərək bunun siyasətə əsaslandığını irəli sürüb. Bu reaksiyaya səbəb son bir neçə həftə ərzində Serbiya və Monteneqro arasındakı gərginliyin, daha doğrusu, Monteneqroda dini yığıncaq keçirən bir neçə serb Pravoslav keşişinin tutulmasına etiraz olaraq onlarla adamın həbsi göstərilir.

Serbiyanın Baş Naziri Ana Brnabiç ölkəsinin sərhədlərinin monteneqrolular üçün açıq olacağını vurğulayıb.

Monteneqronun Serbiyadakı səfiri Tarzan Miloşeviç isə ölkəsinin sərhədlər ilə bağlı son qərara hələ gəlinmədiyini və qərarın hər an dəyişə biləcəyini açıqlayıb.

Teqlər