Tramp "Twitter"in bağlanacağını güman edir
https://azeri.sahartv.ir/news/dünya-i362398-tramp_twitter_in_bağlanacağını_güman_edir
Tramp müəyyən şərtlərdə “Twitter” şirkətinin fəaliyyətinin bağlana bilməsinə eyham vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2020 23:49 Asia/Baku
  • Tramp

Tramp müəyyən şərtlərdə “Twitter” şirkətinin fəaliyyətinin bağlana bilməsinə eyham vurub.

SəhərAzəri "Report"-a istinadla xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bildiyim qədər mən onu bağlaya bilərdim", - Tramp deyib.

ABŞ Prezidenti əlavə edib ki, əgər sosial şəbəkənin bağlanması qanuni olsaydı, onda bunu edərdi. Tramp həmçinin hüquqşünaslarla məsləhətləşmək niyyətində olduğunu deyib.

Daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib. Tramp buna cavab olaraq sosial şəbəkələri nizama salmaqla və ya ümumiyyətlə bağlamaqla hədələyib.