İyun 05, 2020 14:19 Asia/Baku
  • Avstriya xalqı ABŞ-dakı rasizmə qarşı aksiya keçirib

Avstriya xalqından minlərlə nəfər paytaxt Vyanada aksiya keçirib. Onlar Amerikadakı rasizmi və polis zorakılığını pisləyiblər.

SəhərAzəri xəbər veri, Avstriyalı etirazçılar dünən keçirdikləri bu aksiyada Amerika prezidenti Donald Trampa və onun bütün dünyada yaydığı rasistcəsinə təfəkkürünə qarşı öz nifrətlərini elan ediblər.

Amerikanın müxtəlif şəhərləri, xüsusən Minnesota ştatının Minneapolis şəhəri bu günlər bu ölkə polisinin rasistcəsinə rəftarına etiraz edən xalqın aksiya səhnələridir.

Amerika polisinin bir ağdərili zabiti mayın 25-də Minneapolis şəhərində Corc Floyd adlı afroamerikalını dəhşətli tərzdə qətlə yetirdi.

Bu cinayət Amerika xalqının hiddətinə səbəb oldu. Amerikanın polisi və təhlükəsizlik qüvvələri isə bu ölkənin prezidenti Donald Trampın göstərişi ilə etirazçı xalqa divan tuturlar.

Amerikadakı son günlərin etirazlarında on min nəfərdən çox insan həbs olunubdur.

Teqlər