İyun 06, 2020 08:24 Asia/Baku
  • Rusiya ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu qeyri-qanuni sayır

Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri ABŞ-ın Yaxən Şərq regionundakı mövcudluğunu qeyri-qanuni adlandırıb.

SaharAzeri xəbər verir, Leonid Slutski jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiyanın Yaxın Şərqdən qovulmasıyla bağlı bəyanatının abırsızlıq və təkəbbürlülük olduğunu bildirib.

Rusiyalı millət vəkili deyib ki, Rusiya Suriya rəhbərliyinin dəvəti əsasında bu ölkədədir. Belə şeyləri ABŞ haqqında demək olmaz. ABŞ-ı nə Suriya, nə İraqa, nə Liviyaya dəvət edib.

O qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Rusiya Suriya rəhbərliyinin dəvəti əsasında burada mövcudluğunu saxlayır.

Xatırladaq ki, bundan öncə ABŞ Dövlət katibinin köməkçisi Devid Şenker Rusiyanın Yaxın Şərqdən qovulması gərəkdiyini bildirmişdi.

Teqlər